Image default
Səhiyyə

Sümükləri süddən daha yaxşı möhkəmləndirən 5 məhsul açıqlandı

Mütəxəssislər sümüklərin möhkəmlənməsi üçün təkcə süd məhsullarının deyil, bir sıra digər qidaların da böyük əhəmiyyət daşıdığını bildiriblər.

Bugun.tv xəbər verir ki, Health portalında dərc olunan araşdırmaya görə, sümük toxumasının sağlamlığı yalnız kalsiumdan deyil, həmçinin maqnezium, fosfor və K vitamini kimi minerallardan da asılıdır.

Mütəxəssislər bildirirlər ki, yarpaqlı tərəvəzlər — xüsusilə Çin kələmi və qıvrım kələm — asan mənimsənilən kalsium mənbəyidir. Bu tərəvəzlərdə oksalat səviyyəsinin aşağı olması kalsiumun orqanizm tərəfindən daha yaxşı sorulmasına kömək edir.

Sardina və qızılbalıq kimi balıq konservləri də sümüklər üçün faydalı hesab olunur. Bu məhsullar kalsium, D vitamini, zülal və omeqa-3 ilə zəngindir.

Araşdırmada tofu, çia toxumu, küncüt, badam və gənc soya lobyasının da sümük sağlamlığını dəstəkləyən əsas qidalar sırasında yer aldığı qeyd olunub.

Mütəxəssislər vurğulayırlar ki, düzgün qidalanma ilə yanaşı fiziki aktivlik də sümük toxumasının möhkəmlənməsində mühüm rol oynayır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Göz və dodaq ətrafındakı qırışları iynəsiz azaltmaq mümkündürmü? – Mütəxəssislər ev şəraitində qulluq üsullarını açıqladıar

Aynur Camal

Ultra emal olunmuş qidaların azaldılması minlərlə ürək-damar ölümünün qarşısını ala bilər

Aynur Camal

Arıqlama preparatları görmə sinirini zədələyirmi?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu