21 C
Baku
8 Oktyabr 2024, 3:52
Sosial

Uroloq Araz Bayramovla bağlı Nərimanov Rayon Məhkəməsinin qərarı sual altında qaldı -Appelyasiya Məhkəməsi yenidən ekspertiza keçirilməsini tələb edir.

Bugun.tv xəbər verir ki, tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun həkim səhlənkarlığı nəticəsində ölümlə üzləşməsi və möcüzə nəticəsində sağlamlıq məhduduyyəti ilə həyatda qalması problemi ictimayyətə məlumdur. Appelyasiya məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə bu gün növbəti iclas keçirilib. Qeyd edək ki, bu günə qədər keçrilən ekspertiza rəyində verilən saxta qərarlar 20 may tarixində keçrilən məhkəmənin əsas müzakirə mövzusu olmuşdu. Iddiaçının vəkili Yusif Seyfəlov Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin verdiyi ekspertiza rəyindəki qeyri-müəyyən və əsaslandırılmamş “fakt”lara aydınlıq gətirməsini istəmiş və iddia etmişdi ki, qərar qərəzlidir. Bu səbəbdən yenidən ekspertizanın keçirilməsi ilə bağlı vəsatət qaldırmışdı.
Bugünku iclasda hakim M.Məmmədov vəsatətin tam təmin olunduğunu və həqiqətəndə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin verdiyi ekspertiza rəyində konkret suallara cavab verilmədiyi ilə razılaşdığını bildirib.Növbəti məhkəmənin qeyri müəyyən vaxta təyin olunduğunu və işin yenidən Ekspert rəyi fonunda araşdırılmasının Appelyasiya Məhkəmənin qərar üçün vacibliyini bildirib.
Məhkəmənin qərarına etiraz fonunda çıxış etməyə çalışan uroloq-androloq Araz Bayramovun vəkili Asif Mədətov daha əvvəlki məhkəmələrdə etdiyi iddialarla Appelyasiya Məhkəməsinin müvafiq qurumlara yəni 39 saylı Şəhər Poliklinikasına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Anarın uşaqlıqdan qusurlu olması və guya müxtəlif illərdə əlliklə bağlı müraciət etdiyi üçün Məhkəmədən cavab tələb edib. Halbuki zərərçəkənin həyat yoldaşı tanınmış telejurnalist Günel Gözəlova hər iki instansiyaya rəsmi müraciət etdiyini və aldığı rəsmi cavabları ictimailəsdirmişdi.
Qeyd edək ki, zərərçəkən Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında cavabdeh olan “Buta” klinikasının direktoru uroloq-androloq Araz Bayramov ilə məhkəmə prosesi artıq 10 aydır ki, davam edir. Bu günə qədər nə hadisəni bütün təfarrüatı ilə görən Buta klinikasının həkim-tibb personalı, nə xəstəni əməliyyatdan çıxan andan görən ailə üzvləri, iş yoldaşları klinikaya ailənin öz hesabına apardığı həkimlər bir sözlə heç bir şahid dindirilməyib.

Bugün TV

Oxşar xəbərlər

QHT rəhbərləri maarifləndirmə apardılar

Aynur Camal

Klinik ordinatura təhsili almış şəxslərin imtahanlarının mərhələli şəkildə keçirilməsinə start verilib

Aynur Camal

Malayziyada 2023-2024-cü tədris ili üçün təqaüd proqramı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu