Səhiyyə

Alimlərdən xəbərdarlıq: Şəkərin çoxluğu beyinə zərər verə bilər

Bugun.tv xəbər verir ki, alimlər şəkərin həddindən artıq qəbulunun beyin fəaliyyəti üçün ciddi risk yarada biləcəyini açıqlayıblar.

“Gazeta.ru”nun yaydığı məlumata görə, son araşdırmalarda artıq şəkər istifadəsinin yaddaş, diqqət və sinir sistemi üzərində mənfi təsirlər yaratdığı bildirilib.

Mütəxəssislər qeyd edirlər ki, uzun müddət yüksək şəkər qəbul etmək beyində iltihab proseslərini sürətləndirə və idrak funksiyalarının zəifləməsinə səbəb ola bilər. Araşdırmada xüsusilə fast food, qazlı içkilər və yüksək şəkər tərkibli məhsulların risk yaratdığı vurğulanıb.

Alimlər balanslı qidalanmanın və şəkər qəbulunun normada saxlanmasının beyin sağlamlığının qorunması üçün vacib olduğunu bildiriblər.

Mənbə: Gazeta.ru

Aynur Camal

Oxşar xəbərlər

Həkim iş günü ərzində nə qədər maye qəbul etmək lazım olduğunu açıqladı

Aynur Camal

Həkim xəbərdarlıq etdi: Çox yatmaq da az yatmaq qədər zərərli ola bilər

Aynur Camal

İnsan beyninin yanında yeni immun müdafiə mərkəzi aşkarlandı: onun vəzifəsi nədir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu