Siyasət

Kreml Aİ-nin Avropa ordusu yaratmaq planlarına reaksiya verib

Kreml Avropanın hərbiləşdirilməsi ideyasının qitədə təhlükəsizlik və sabitliyə töhfə verməyəcəyini bildirilib. Bugün.tv URA.RU-ya istinaddla bildirir ki , bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa diplomatiyasının rəhbəri Josep Borrelin Avropa ordusu yaratmaq ideyası ilə bağlı sualını cavablandırarkən deyib.
“Cənab Borrell tutduğu mövqeyə baxmayaraq, problemlərin diplomatik həlli üsullarının apoloqu deyil. Davamlı olaraq, o, açıq şəkildə, zorakı üsullara meyl nümayiş etdirir. Onun Ukraynadakı döyüş meydanında bəyanatını xatırlayırıq. Aİ-nin hərbiləşdirilməsi, Ukraynanın silahla daha da gücləndirilməsi ideyası Avropa qitəsinin təhlükəsizliyinin və sabitliyinin möhkəmləndirilməsinə kömək etməyəcək”, – Peskov bildirib.

Bugün TV

Oxşar xəbərlər

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Ekspert: “İran ABŞ-a öz şərtlərini diktə edir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu