Mədəniyyət

Billi Ayliş konsertini yarıda dayandırdı

Billi Ayliş  Londondakı konsertini yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

Bugün.tv “Deadline”a istinadən xəbər verir ki, müğənni bu addımı konsertə gələnlərin istidən təsirlənməsi səbəbində atıb.

Huşunu itirmiş bir neçə tamaşaçı izdiham tərəfindən əzilmək riski ilə üzləşib. Qonaqların durumundan narahat olan müğənni musiqini dayandıraraq tamaşaçılara üz tutub:

“Siz yaxşısınız? Görürəm ki, insanlar huşunu itiriblər. İstidir, bilirəm. Bir addım geri atın, hər kəsə bir az yer verin. Kimsə bir az halsız görünürsə, bu barədə xəbər verin”, – ifaçı bildirib.

Bir neçə dəqiqədən sonra Ayliş çıxışını davam etdirib.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

III Beynəlxalq Məqam Sənəti Forumunun açılış mərasimi keçirildi

Aynur Camal

AY YOLA qrupu dünya musiqi səhnəsində səs saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu