Dünya

Az yatmaq niyə kökəldir? Mütəxəssislər səbəbləri açıqladı

Bugun.tv xəbər verir ki, kifayət qədər yatmamaq yalnız yorğunluğa deyil, həm də artıq çəki yığılmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, yuxu çatışmazlığı orqanizmdə aclıq və toxluq hissini tənzimləyən hormonların balansını pozur.

Araşdırmalara görə, az yatan insanlarda iştahanı artıran qrelin hormonunun səviyyəsi yüksəlir, toxluq hissi yaradan leptin hormonunun miqdarı isə azalır. Nəticədə insan daha çox yemək yeməyə və xüsusilə yüksək kalorili qidalara üstünlük verməyə başlayır.

Mütəxəssislər qeyd edirlər ki, yuxusuzluq həm də maddələr mübadiləsini ləngidir, qanda şəkərin tənzimlənməsini çətinləşdirir və stress hormonu olan kortizolun səviyyəsini artırır. Bu dəyişikliklər qarın nahiyəsində piy yığılmasını sürətləndirə bilər.

Bundan başqa, kifayət qədər yatmayan insanlar gün ərzində daha uzun müddət oyaq qaldıqları üçün əlavə qəlyanaltılar qəbul etməyə meylli olurlar. Yorğunluq fiziki aktivliyi də azaltdığından, qəbul edilən kalorilərin yandırılması çətinləşir.

Mütəxəssislər sağlam çəkinin qorunması üçün böyüklərin hər gecə orta hesabla 7–8 saat keyfiyyətli yuxu yatmasını tövsiyə edirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“Pambıq şəkərdən daha yüngül” iki nəhəng ekzoplanet aşkar edildi

Aynur Camal

Son 24 saatda dünyada 4 güclü zəlzələ baş verdi

Aynur Camal

Venesuelada güclü zəlzələ: azı 32 nəfər həlak oldu, 700-dən çox yaralı var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu