Səhiyyə

Dietoloq: yulaf və arpa ürək-damar sağlamlığı üçün faydalı lif mənbəyidir

“Yulaf və arpadan alınan qida lifləri ürək-damar sisteminin sağlamlığının qorunmasında xüsusi rol oynayır” – Bugun.tv xəbər verir ki, bu barədə Rusiyanın qastroenteroloq və dietoloqu Nuriya Dianova bildirib.

Mütəxəssisin sözlərinə görə, qida rasionunda lifin artırılması sağlamlığı dəstəkləməyin ən sadə və əlçatan yollarından biridir. O qeyd edib ki, bunun üçün xüsusi analizlərə və ya bahalı əlavələrə ehtiyac yoxdur. Sadəcə gündəlik qidalanmada tərəvəz, meyvə, tam taxıllı məhsullar və paxlalıların payını artırmaq kifayətdir.

Nuriya Dianova vurğulayıb ki, müxtəlif növ qida lifləri bağırsaq mikroflorasına fərqli təsir göstərir və orqanizmdə müxtəlif fizioloji nəticələr yaradır. Onun sözlərinə görə, bu xüsusiyyətlər maddələr mübadiləsinin tənzimlənməsi, əhvalın sabitləşdirilməsi, ürək sağlamlığının qorunması, şəkərli diabet riskinin azaldılması, eləcə də bəzi həzm problemlərinin yüngülləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Dietoloq xüsusilə yulaf və arpanın tərkibində olan beta-qlükanların faydasını qeyd edib. O bildirib ki, bu maddələr ürək-damar sağlamlığı üçün faydalı təsiri rəsmi şəkildə təsdiqlənmiş qida komponentləri sırasındadır.

Mütəxəssis əlavə edib ki, prebiyotik liflər də xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu liflər faydalı bağırsaq bakteriyaları üçün qida rolunu oynayır. Nəticədə yaranan qısa zəncirli yağ turşuları immun sistemini dəstəkləyir, maddələr mübadiləsini tənzimləyir və bağırsaqla beyin arasındakı siqnal mexanizmlərinə müsbət təsir göstərir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: omeqa-3 əlavələri yaşlılarda idrak funksiyalarının zəifləməsi ilə əlaqələndirilib

Aynur Camal

Maqnezium çatışmazlığının əsas əlamətləri açıqlanıb

Aynur Camal

“Skuter və mini-motosikletlər uşaqlarda ağır xəsarətlərin əsas səbəbinə çevrilib”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu