Yay mövsümündə ən çox istehlak olunan tərəvəzlərdən olan pomidor və xiyarın gündəlik qəbul miqdarı ilə bağlı dietoloq açıqlama verib.
Bugun.tv xəbər verir ki, dietoloq və endokrinoloq Anton Polyakovun aif.ru-ya verdiyi məlumata görə, sağlamlıq üçün gündə ümumilikdə təxminən 500 qram pomidor və xiyar yemək kifayətdir.
Mütəxəssis bildirib ki, bu miqdar orta ölçülü iki pomidor və iki kiçik xiyara bərabərdir. Onun sözlərinə görə, belə qəbul orqanizmi kifayət qədər lif və vitaminlə təmin edir, eyni zamanda həzm sistemini qıcıqlandıra biləcək maddələrin həddindən artıq qəbulunun qarşısını alır.
Anton Polyakov vurğulayıb ki, gündəlik tərəvəz normasını yalnız pomidor və xiyar hesabına tamamlamaq düzgün deyil. O, rasionun mövsümi göyərti, balqabaq, bolqar bibəri və kələm kimi digər tərəvəzlərlə də zənginləşdirilməsini tövsiyə edib. Bu, həm qidalanmanı daha müxtəlif edir, həm də orqanizm üçün daha faydalı hesab olunur.
Mənbə: aif.ru
