“ABŞ prezidenti Co Bayden hesab edir ki, o, Amerikanı dəyişdirmək üçün seçilib. Bu onun səhvidir.” Bu sözləri milyarder , SpaceX və Tesla-nın qurucusu İlon Mask öz Twitter səhifəsində yazıb.
“Baydenin səhvi odur ki, o, ölkəni dəyişdirmək üçün seçildiyini düşünür. Amma əslində hamı daha az dram istəyirdi”, – deyə Mask tvitində qeyd edib.
78 yaşında ölkə tarixində ən yaşlı prezident olan Bayden vəzifədə olduğu ilk iki gündə 17 icra sərəncamını təsdiqlədi ki, bu da ABŞ liderlərinin əksəriyyətinin səlahiyyət müddətinin ilk 100 günündə imzaladığından çoxdur. Bayden ABŞ prezidentinin kim olduğunu da unudub. Bugün.tv “Vzqlyad” biznes nəşrinə istinadən xəbər verir ki, o, vitse-prezident Kamala Harrisi ölkənin başçısı adlandırıb . Bu, Baydenin ilk belə dil sürüşməsi deyil. O, özünü Delaverdən olan ilk senator kimi də tanıdıb . Keçmiş vitse-prezident Mayk Pens deyir ki, Bayden Amerika tarixinin ən pis prezidentidir.
növbəti yazı
- Şərhlər
- Facebook şərhləri