17 C
Baku
30 Sentyabr 2023, 3:05
Dünya

Növbəti qitələrarası ballistik raket sınaqdan keçirildi

ABŞ “Minuteman III” qitələrarası ballistik raketini növbəti dəfə sınaqdan keçirilib.

 Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Hücum Komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, bu ballistik raket çoxsaylı nüvə başlıqları daşıya bilir. Raketin təlim döyüş başlıqları 6760 kilometr məsafə qət edərək Sakit okeanın mərkəzində yerləşən Kvajaleyn yaxınlığındakı poliqonda hədəflərini vurub.

Xatırladaq ki, “Minuteman III” qitələrarası ballistik raketi 12 min kilometr məsafədə yerləşən hədəfləri vura bilər.

Şərh yazın

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu