Bugun.tv xəbər verir ki, səhər saat 07:00-da oyanmaq üçün hamıya uyğun vahid yatma vaxtı yoxdur. Nevroloq-somnoloq Yelena Tsaryovanın sözlərinə görə, insanın ehtiyac duyduğu yuxu müddəti yaşdan və fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişir.
Mütəxəssis bildirib ki, sosial şəbəkələrdə yayılan və səhər saat 07:00-da oyanmaq üçün dəqiq hansı saatda yatmaq lazım olduğunu göstərən cədvəllər əsasən yuxu dövrləri anlayışına əsaslanır. Lakin insanların yuxu ehtiyacı eyni deyil.
Tsaryovanın sözlərinə görə, bəzi insanlar 4-5 saatlıq yuxu ilə kifayətlənə bildiyi halda, uzun müddət yatmağa ehtiyacı olan şəxslər 10-12 saat yuxuya ehtiyac duya bilər. Orta hesabla isə yuxu tələbatının təxminən 8,5-10 saat arasında dəyişdiyi bildirilir. Bu göstərici yaşa görə də fərqlənə bilər.
Somnoloq sağlam yuxu rejiminin qurulması üçün ən etibarlı üsullardan birinin hər gün təxminən eyni saatda yatmaq və oyanmaq olduğunu vurğulayıb.
Onun sözlərinə görə, belə sabit rejimə əməl edildikdə orqanizm yuxululuq hissi vasitəsilə özü yuxuya getmək vaxtını tənzimləməyə başlayır. Çünki istirahətə olan ehtiyac gün ərzindəki fiziki və zehni yükdən, eləcə də yorğunluq səviyyəsindən asılı olaraq dəyişə bilər.
Beləliklə, saat 07:00-da oyanan insan üçün əsas məsələ konkret bir “sehirli yatmaq saatı” seçmək deyil, orqanizmin ehtiyac duyduğu qədər yuxu almaq və sabit yuxu rejiminə riayət etməkdir.
Mənbə: mail.ru
