Baş xəbərSiyasət

Zaporojye AES-lə bağlı tədbirlər görülməsə, dünya uduzacaq

Bugün.tv  UNİAN-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski  gecə saatlarında  video müraciət edib.

“Rusiyanın nəzarətində olan Zaporojye AES-də baş vermiş qəzanın qarşısını almaq üçün  tədbir görməsə, dünya terrorizmə uduzacaq və nüvə şantajına tab gətirəcək.”_deyə o, bildirib.

“Əgər indi dünya bir nüvə stansiyasını qorumaq üçün güc və qətiyyət nümayiş etdirməsə, bu, dünyanı itirdiyimiz  anlamına gələcək”, – deyə Zelenski vurğulayıb.

Rusiya Avropanın ən böyük nüvə obyekti olan stansiyanı fevralda Ukraynanı işğal etdikdən sonra ələ keçirib.

Ukrayna və Rusiya bir-birini stansiyanın atəşə tutulmasında əli olmaqda ittiham edib.

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Laçında 979 ailə məskunlaşıb

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 3,2 dəfə artıb

Aynur Camal

Müharibə şəraiti Ukraynada seçkilərin keçirilməsinə mane olur – ekspertlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu