18 C
Baku
Oktyabr 7, 2022
Baş xəbərDünya

Zelenski Rusiyaya danışıqların pozula biləcəyi barədə xəbərdarlıq edib

Mariupol şəhərində Rusiya tərəfindən məhkəmə baş tutsa, danışıqlar aparılmayacaq.

“RBC-Ukraina”ya istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində çıxış edib.

Dövlət başçısı vurğulayıb ki, indi mediada Rusiyanın işğal olunmuş Mariupolda əsir düşmüş ukraynalı əsgərlərin məhkəməsini təşkil etmək istəməsi barədə getdikcə daha çox məlumat yayılır.

Dövlət başçısı qeyd edib ki, düşmənin planları nə olursa-olsun, Ukraynanın reaksiyası tamamilə başa düşüləndir.

“Əgər həmin iyrənc məhkəmə baş tutsa, xalqımız bütün razılaşmalara, bütün beynəlxalq qaydalara zidd olaraq bu mənzərəyə sürüklənsə, bu, istehza olacaq. Bu, heç bir danışığınn mümkün olmadığı xətt olacaq”, – Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, Rusiya özünü danışıqlardan uzaqlaşdıracaq. O vurğulayıb ki, “daha ​​danışıqlar olmayacaq, Ukrayna dövləti hər şeyi deyib”.

Oxşar xəbərlər

Beynəlxalq kitab sərgisi davam edir

Aynur Camal

Bakıda azyaşlı dənizdə boğulub

Könül Kərimova

Çay istehsalçısı: “Bizim çayı koronavirusun dərmanı belə hesab etmək olar”

Aynur Camal