Baş xəbərSosial

QHT rəhbərləri maarifləndirmə apardılar

Qeyri hökumət təşkilatlarının (QHT) insan alverinə qarşı mübarizə koalisiyasının üzvləri Bakıda və Sumqayıtda aksiya keçirdilər.

İnsan alverinə qarşı mübarizə koalisiyasının üzvləri- “XXI Əsrin Qadınları” ictimai birlihinin sədri Mahirə Əmirhüseynova və “Sosial İqtisadi İnkişaf Uğrunda” İctimai Birliyinin sədri Sevda Məmmədova, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Beynəlxalq İnsan Alverinə Qarşı Mübarizə günündə marifləndirici kampaniya aparıblar.

“İki sahil” Bugün.tv-ə verdiyi xəbərə görə, Bakının İçəri şəhər, Fəvvarələr meydanı, Dənizkənarı Milli Park və Sumqayıtın Nəsimi parkı kimi insanların sıx toplandığı yerlərdə təşkilat üzvləri və könüllülər vətəndaşlara bukletlər paylayıb, insan alveri və qaynar xətt haqqında məlumat veriblər.

QHT fəlları insan alveri qurbanına çevrilməmək üçün vətəndaşlara mübarizə metodlarından da danışıblar.

 

 

Aynur Camal

Oxşar xəbərlər

Avropa İttifaqı Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

Aynur Camal

İstanbulun simvolları Azərbaycan bayrağının rənglərinə büründü

Aynur Camal

Türkiyə Prezidenti Ərdoğan Şuşada Bayraq Gününü təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu