11 C
Baku
20 Aprel 2025, 10:17
Siyasət

ABŞ Azərbaycana dair bəyannamə qəbul edib

Los-Anceles də Yuta Ştat Senatının sədri Stuart Adams, Nümayəndələr Palatasının spikeri Brad Uilson, eləcə də digər qanunvericilər tərəfindən imzalanmış bəyannamə ABŞ-dakı Azərbaycan Konsulluğuna təqdim olunub.
Bugün.tv APA-ya istinadən bildirir ki, bəyannamədə, Azərbaycanın müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət olduğu və qadınlara ilk dəfə seçki hüququ verdiyi qeyd edilib.

O cümlədən , Azərbaycanın qədim zamanlardan müxtəlif dinlərin, o cümlədən müsəlmanların, xristiyanların və yəhudilərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı vurğulanıb.

Bildirilir ki, Azərbaycan dini və etnik müxtəlifliyi öz milli sərvəti kimi dəyərləndirib və son 10 ildə dinlərarası dialoqu möhkəmləndirmək üçün regiondan və dünyanın müxtəlif ölkələrindən din xadimlərini dəfələrlə bir araya gətirib.

Bəyannamədə , Azərbaycanın ABŞ və Yuta ştanın güclü tərəfdaşı olduğu və ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşıq münasibətlərinin inkişaf etdiyi diqqətə çatdırılır.

Sonda, Yuta Şenatı və Nümayəndələr Palatası Azərbaycanın dünyada azadlığın müdafiəsi və sülhün qorunması işinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini və Azərbaycan ilə qarşılıqlı faydalı dostluq münasibətlərinin qorunmasına böyük önəm verdiyini bildirir.

Bugün TV

Oxşar xəbərlər

İ.Əliyev: “Qarabağda qanunsuz erməni birləşmələri və cinayətkarlar qalır”

Nigar Məmmədova

Azərbaycan Respublikası Xarici İşlər Nazirl Ceyhun Bayramov Monqolustanın, Suriyanın və Somalinin xarici işlər nazirləri ilə görüşüb

Aynur Camal

“Putin bizim ölkəyə gələrsə, onu həbs edəcəyik”

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu