Baş xəbərSiyasət

Avropa Komissiyası Azərbaycandan qaz idxalının artırılmasına dair saziş təklif edir

Bugün.tv  xəbər verir ki, Avropa Komissiyası Aİ ölkələrinə təbii qaz idxalını artırmaq üçün Azərbaycanla saziş imzalamağı və bunun üçün boru kəmərinin genişləndirilməsini dəstəkləməyi təklif edib.

Tərəflər 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr qazın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixracı da daxil olmaqla təbii qazın ikitərəfli ticarətini dəstəkləməyə çalışırlar.

Layihədə deyilir ki, hər iki tərəf Avropaya tədarükləri artırmaq üçün bu şəbəkənin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq edəcək

Layihədə qaz istehsalçılarının təhlükəsizliyini təmin etmək üçün “uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələrin” vacibliyi vurğulanıb. Həmçinin  gələcək qaz müqavilələrinin Aİ-nin iqlim dəyişikliyi hədəflərinə uyğunlaşdırılmasının vacibliyinin , qazdan istifadənin 2030-cu ildən sonra azalmasını tələb olunacağı vurğulanıb

Müqavilə layihəsində deyilir ki, Aİ və Azərbaycan həmçinin elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaq, bərpa olunan enerjini təşviq edəcək və gələcək hidrogen ticarətini müzakirə edəcək.

Azərbaycanın Avropaya qaz ixracı 2020-ci il dekabrın 31-də Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərindən ibarət Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə başlayıb.

Şərh yazın