10 C
Baku
13 Aprel 2026, 3:06
Baş xəbərDigər

Azərbaycan Ordusunun Laçında yaralanan əsgəri həlak olub

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Əldə olunan məlumata əsasən, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyi  faktı təsdiqləyib.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri almışdı.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Allah rəhmət etsin!

Aynur Camal

Oxşar xəbərlər

Pakistan Umman dənizində “fövqəladə vəziyyət” elan edən gəmidən 18 dənizçini xilas etdi

Aynur Camal

Həqiqi pendiri saxtadan ayırmağın 5 sadə yolu açıqlanıb

Aynur Camal

Dmitri Medvedev yeni məktəb dərsliklərinin baş redaktoru oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu