25 C
Baku
27 İyul 2024, 4:08
Baş xəbərDünya

Dünya liderləri və nüfuzlu şəxsləri 96 yaşında vəfat edən Kraliça II Yelizavetanın xatirəsini ehtiramla yad ediblər

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qalasında vəfat edib.

Bugün.tv BBC NEWS-a istinadən xəbər verir ki,

II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin – Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

Dünya liderləri və nüfuzlu şəxsləri 96 yaşında vəfat edən Kraliça II Yelizavetanın xatirəsini –

–  “O böyük və gözəl,  mehriban xanım idi – onun kimisi yox idi! O bir kraliça idi!”,

-“isti münasibəti, insanları rahatlaşdırması və böyük təmtəraqlı anlarda öz böyük yumoru və cazibəsi ilə həmişə bizi heyran edirdi” ,

-“zəriflik  və yorulmaz iş etikası ilə müəyyən edilmiş bir padşahlıq” ilə “dünyanı ovsunladığını” demək olar, O “monarx olmaqdan daha çox – bir dövrü aydınlatdı” ,

-” Kraliça zəkası ilə ,mehribanlığı ilə və öz müdrikliyni, səxavətini bizimlə bölüşürdü”,

-“Əlahəzrətin səxavətli dostluğunu, böyük müdrikliyini və gözəl yumor hissini heç vaxt unutmayacayıq”

–  “Mürəkkəb bir dünyada onun davamlı lütfü və qətiyyəti hamımıza rahatlıq gətirirdi”,

-“O, mənim dünyada ən sevdiyim insanlardan biri idi və onun üçün çox darıxacayıq” ifadələri ilə ehtiramla yad edərək, onun haqqında gözəl sözlər deyiblər.

Qeyd edək ki,  Kraliça II Yelizavetanın ölümü ilə əlaqədar Britaniyada 10 günlük matəm elan edilib. “Skay Nyus” məlumat yayıb bildirilib ki, Bukingem Sarayında dövlət bayrağı endirilib. Həmçinin sarayın saytının dizaynı da dəyişib.

Artıq Bukingem Sarayının qarşısına britaniyalılar toplaşmağa başlayıb.

Allah rəhmət etsin.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Barak Obamaya sanksiya tətbiq etdi

Aynur Camal

Yunanıstana qaçarkən tutulan 6 FETÖ şübhəlisi həbs edildi

Bugün TV

Putin Qərbi Rusiyanı parçalamaq istəməkdə günahlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu