Siyasət

Ermənistanda etirazçılar metronun hərəkətini dayandırıb

Müqavimət” müxalifət hərəkatının üzvləri Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə  Yerevanın “Molodejnaya” stansiyasında metronun hərəkətini bağlayıb.

Bugün.tv bu barədə TASS-a istinadən xəbər verir.Məlumata görə mitinq yerli portallar tərəfindən canlı yayımlanır. Müxalifət fəalları qatarın qapılarını bağlamağa imkan vermir, hökumət əleyhinə şüarlar səsləndirir, vətənpərvərlik mahnıları oxuyurlar. Hadisə yerinə gələn xüsusi təyinatlılar etirazçıları saxlamağa başlayıb.

Ermənistan müxalifət blokunu təmsil edən parlamentin üzvü Areqnaz Manukyanın jurnalistlərə verdiyi məlumata görə, polis biri azyaşlı olmaqla üç fəalı saxlayıb. Hazırda metronun fəaliyyəti bərpa edilib.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Zelenskiyə sui-qəsd müharibənin bitməsi demək deyil – Məhəmməd Əsədullazadə

Aynur Camal

Kiyevdə ərzaq qıtlığı və qiymət artımı təhlükəsi artır

Aynur Camal

Tramp-Putin telefon danışığı Ukrayna ilə bağlı yeni planın işarəsidir – ekspert

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu