21 C
Baku
8 Oktyabr 2024, 3:24
Baş xəbər

“İşğaldan azad olunmuş bəzi ərazilərimizdə işbazlar üçün nəzarət olunmayan şərait”

Bugün.tv Rezonans informasiya agentliyinə istinadən bildirir ki, qısa zaman kəsimində ölkə rəhbəri cənab prezident tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə bir çox açılış və səfərlər təşkil edilib.

Bu da ölkə rəhbərinin qətiyyətlə apardığı uğurlu məqsədyönlü siyasətinin və qəhraman, qorxmaz, cəsur Azərbaycan Ordusunun, xalqının beynəlxalq müstəvidə özünə xüsusi yer tutmasına əsaslanaraq xüsusi nüfuza sahib olmasının ən bariz nümunəsidir.

Vətən Müharibəsi dönəmində xalqımızın ölkə rəhbərliyinə olan etimadı və əsgərlərimizə olan mənəvi dəstəyi sayəsində bütün dünya üçün nümunəvi vətəndaşlıq və birliyimiz üçün əsl tarixi və unudulmaz, sayalı günlər bəxş etdi.

Torpaqlarımızın azad olunmasından sonra illərdi vətən nisgiliylə döyünən ürəklər içdə olan kədər-qəmi, acı həsrəti adlayaraq el-oba, sevgisi və tezliklə torpaqlarımızı görmək sevinci hər birimizdə pərvazlanaraq bizlərə fərəh dolu böyük stimul və qol-budaq verdi.

Lakin, bu gün işğaldan azad olunmuş ərazilərimizə gedib-görmək arzusu və niyyətində olan bəzi vətəndaşlarımız üçün sözün əsl və həqiqi mənasında öz kəndinə qovuşmaq niyyəti ən böyük müşkül və problemli bir məsələyə çevrilib.

Bir sözlə imkanı və şəraiti imkan verən, bürokratik əngəl və problemi olmayan əksər vətəndaşlar rahatlıqla öz şəraitindən yararlanaraq torpağını ziyarət edib aylarla gəzib-görmək şansı əldə edir, imkanı və şəraiti olmayan zavallı vətəndaşlarımız isə “ömür imkan versə bizdə gedib görərik, əzəli-əbədi torpaqlarımızı”- deyərək, ümidlə yaşayırlar.

Bəzən bəzi sadə vətəndaşlarımız tərəfindən bəzi vəzifəli şəxslərin hər hansı bir qanun pozuntusu, özbaşınalığın şahidi olub görəndə o, saat sözlə top atəşinə tutaraq qınağ obyektinə çevirib haqqında pis fikirlər bildirərək xalq düşməninə çeviririk.

Ancaq əfsuslar olsun ki, belə pozuntuları bir sadə vətəndaş qismində gördükdə üstündən xətt çəkərək olmamış və görməzdən kimi davranırıq.

Artıq bir ildi ki, dövlət tərəfindən kənd təsərrüfatı ilə məşğul olan fermerlərə işğaldan azad olunmuş ərazilərimizdə təsərrüfatın daha da genişləndirərək inkişaf etdirilməsi üçün böyük imkan və şərait yaradılıb.

Bu imkan və şəraitlər isə bəzi işbazlar üçün əsl əlverişli gəlir mənbəyinə çevrilib.

Belə ki, bəzi işbaz imkanı olan təsərrüfatçılar dövlət tərəfindən göstərilən şəraitdən sui-istifadə edərək öz ambisiyaları üçün çalışıb-vuruşaraq, vətən torpağını gedib görmək istəyən əksər vətəndaşlarımızın olmaz şəraitindən yararlanaraq rüşvət müqabilində 150,200,250 manat dəyərində pul alaraq, qarşıda başına gələcək hər hansı bir bədbəxt hadisəyə cavabdeh olmadan mina təhlükəsi olan işğaldan azad olunmuş ərazilərimizə guya ki, təsərrüfatçı kimi köməkçi qismində portala adın salaraq buraxdırırlar.

Elə bil ki, bu işbazlar 30 il ərzində həmin ərazilərimizdə kənd təsərrüfatıyla məşğul olub, mənfur düşmənlərimizin orada yerləşdirilən minaların dəqiq olmamasından əminliklə davranaraq vətəndaşlarımızın həyatın birmənalı şəkildə oda atırlar.

Dəfələrlə dövlətin aidiyyatı orqanları tərəfindən vətəndaşlarımıza müraciətlər edilərək, işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə əlaqədar vətəndaşlarımızın təhlükəsizliyinin qorunması naminə çağırışlar edilərək həmin ərazilərə səfər etməməyə səsləyib.

Bu günə qədər isə çağırışlara əməl etməyənlərə qarşı barələrində hüquqi tədbirlər görülüb.

Belə olan halda işbazlar üçün əgər həqiqətən ərazilərimizdə mina təhlükəsi, dövlət orqanları tərəfindən edilən çağırışlara əməl etmək yoxdusa o torpaqlar uğrunda öz canı-qanı bahasına qəhramanlıqla vuruşan, şəraiti olmayan şəhid ailəsi üzvünə və ailəsinə qarşı müsbət bir jest edərək icazə üçün portala salaraq oraları onlarda gedib görməyə nail olsunlar və bununlada həm allahın yanında üzü ağ, həm də şəhid ailələri yanında kölnü tox, alnı açıq kimi tanınsınlar.

Daha dövlətin göstərdiyi belə şəraitdən istifadə edərək öz ambisiyaları üçün çalışıb hazıra-nazir, müftə bazarlar açıb gəlir üçün çalışmasınlar.

Əminəm ki, aidiyyatı orqanlar tərəfindən belə halların qarşısının alınması üçün lazimi tədbirlər görülərək nəzarət olunacaq.

 

 

 

Aynur Camal

Oxşar xəbərlər

Paytaxtda məşhur otelin açılışı

Sevinc Sadıqova

Region valyutaları dəyərini itirir – TƏHLİL

Nigar Məmmədova

DİN-in mətbuat xidmətindən verilən hesabat

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu