Baş xəbərSiyasət

Kim Çen In koronavirus üzərində qələbə qazandığını bəyan edib

Üç ay əvvəl dünyaya ilk rəsmi hadisəni elan edən Şimali Koreya lideri tibb işçilərini “cəsur cəbhəçilərə” bənzədib. Kimin bacısı isə epidemiya zamanı qardaşının Covid-19-a yoluxduğuna işarə edib.

İki ildən artıqdır ölkədə Covid-19 infeksiyasının olmadığını iddia edən, lakin ilk yoluxma halını ötən ilin mayın 12-də rəsmən təsdiqləyən Şimali Koreya lideri Kim Çen In Covid-19 epidemiyasına qalib gəldiyini elan edib.

Epidemiya ilə mübarizədə əməyi olan səhiyyə sektorunun nümayəndələri ilə görüşən Kim, qələbədə əməyi olanları təbrik edib. Epidemiya və ictimai səhiyyə sektorları ilə mübarizədə çalışanları “qanları bahasına ölkənin və xalqın təhlükəsizliyini fədakarlıqla müdafiə edən cəsur cəbhəçilərlə” müqayisə edən Kim, Covid-19 ilə mübarizədə ön cəbhədə olanları   “zəmanənin əsl vətənpərvərləri” kimi  təsvir edib.

Şimali Koreyanın sosial sisteminin “dünyanın ən yaxşısı” olduğunu qeyd edən Kim bu səbəbdən insan həyatının etibarlı mühafizəçilərindən gözləntilərinin çox yüksək olduğunu əlavə edib.

Cənubi Koreya sərhədindən şarlarla göndərilən təbliğat broşürlərinin və xarici əşyaların Covid-19-u ölkəyə daşıdığını qeyd edən Şimali Koreya , Seulun sərhəddən göndərilən obyektlərin qarşısını ala bilməsə, qisas alacağı ilə hədələyib.

Bugün.tv

 

 

Bugün TV

Oxşar xəbərlər

SEPAH-ın Naxçıvanla sərhəddə yığdığı silah-sursat və canlı qüvvənin yerləri müəyyən edilib

Aynur Camal

Afina Qərbi Trakya türklərinin təhsil hüquqlarını qəsb edir

Aynur Camal

Benyamin Netanyahu Azərbaycana səfər edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu