Baş xəbərDigər

Deputat Novruz Aslanov niyə susur?

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) son vaxtlar məşhurlaşan şöbə müdiri, LGBT üzvü Laura Sesenna və onun sərgüzəştləri.
Deputat Novruz Aslanov niyə susur?

Bu ilin iyul ayının 13-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyində rəhbər vəzifədə çalışan, daha dəqiqi, BQXK-nın Əməkdaşlıq şöbəsinə rəhbərlik edən, LGBT üzvü, İtaliya vətəndaşı Laura Sesennanın öz cinsi partnyoru, Peru vətəndaşı Pella Patricia ilə birgə Qax meşələrində azmaqları və Azərbaycan polisinin onları tapıb sağ-salamat qaldıqları otelə qaytarması barədə xəbər vermişdik.

Onu da qeyd etmişdik ki, Laura Sesenna onları xilas edən Azərbaycan polisinə özünü və cinsi partnyorunu əcnəbi turistlər kimi təqdim etmişdir və bununla da rəsmi dövlət orqanına yalan məlumat vermişdir.

Aldığımız yeni məlumata görə, Laura Sesenna öz həmkarları arasında da reputasiyası aşağı olan şəxsdir. Yəni, BQXK-da bir çoxları ilə münasibətləri yaxşı deyil. Hətta rəhbərlik etdiyi şöbədə belə öz əməkdaşları tərəfindən sevilmədiyini bildirirlər. Onun rəhbər kimi çox uğursuz olduğu, rəhbərlik etdiyi kollektivdə belə hörmətinin olmamasını deyirlər.

Bütün bu xəbərlərin nə dərəcədə doğru olduğunu araşdırırıq. Onun rəhbərlik etdiyi şöbənin əməkdaşlarının da mövqeyini işıqlandırmağa hazırıq. BQXK qapalı təşkilat olduğu üçün onun əməkdaşları detallı məlumat verməkdən çəkinirlər. Amma bizim də jurnalist araşdırması sahəsində az-çox təcrübəmiz var və BQXK-nın Əməkdaşlıq şöbəsində nələr baş verdiyini öyrənməyə çalışacağıq.

Bundan başqa, aldığımız xəbərə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) işçiləri və könüllüləri də, onlarla birbaşa işləyən BQXK Əməkdaşlıq şöbəsində baş verənlər barədə məlumatlıdırlar. Lakin bizə verilən xəbərə görə, onlara rəhbərlik tərəfindən bu mövzuda danışmamaq tapşırılıb.

Bugün.tv olaraq bizə məlumat verən xəbər mənbələrimizin gizli qalacağına tam zəmanət veririk. Odur ki, gələcəkdə oxucularımız üçün maraqlı olan məlumatı bölüşmək istəyən olsa onu saytımızda işıqlandırnağa hazırıq. Belə görünür ki, nə qədər ki, Laura Sesenna BQXK-da rəhbər vəzifədə qalacaq, onun özü, rəhbərlik etdiyi şöbə, əməkdaşlıq etdikləri AzQAC və BQXK- da gedən proseslər bizim maraq dairəmizdə olacaq.

Bu arada bizim üçün maraqlı olan Laura Sesennanın rəhbərlik etdiyi Əməkdaşlıq şöbəsinin birbaşa əlaqədə olduğu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, hörmətli deputat Novruz Aslanovun mövqeyidir. Bütün bu olanlardan sonra Novruz müəlliin hələ də susqunluğunu qoruması bizim üçün çox təəccüblüdür.

Məlumat üçün onu da bildirək ki, BQXK-nın hazırki prezidenti, İsveçrənin keçmiş xarici işlər naziri cənab Peter Maurer adlı bir təcrübəli siyasətçidir. Onun Azərbaycan nümayəndəliyinə təyin etdiyi yeni başçı isə, Draqana Kojic adlı bir təcrübəli BQXK rəsmisidir. Araşdırmamız nəticəsində öyrəndik ki, serbiyalı xanım Draqana Kojiç bundan öncə BQXK-nın Pakistan nümayəndəliyinin başçısı olub. Yəni o müsəlman ölkəsində işlədiyi üçün yerli mədəniyyəti və adət-ənənələrimizi daha yaxşı anlaya biləcəyinə ümid edirik. Onun yaxın vaxtlarda öz səlahiyyətlərinin icrasına başlaması üçün Bakıya gələcəyi deyilir. Bu münasibətlə onu təbrik edirik və işlərində uğurlar diləyirik. Təəssüf ki, o hələ vəzifəsinin icrasına başlamamış, artıq təcili olaraq həll edilməli olan problemlə qarşı-qarşıyadır. Çox ümid edirik ki, yeni rəhbər qısa zamanda ən optimal çıxış yolunu tapacaq və BQXK ətrafında gedən neqativ söz-söhbətlərə son qoyulacaq. Hər-halda, biz də bunu arzu edirik.

Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləməyə davam edin.

Bugün TV

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Kəmalə Sultan

Azərbaycan Prezidenti Qətər Əmirini təbrik edib

Nigar Məmmədova

Almaniya mediası diaspor fəalı olan azərbaycanlı iş xanımından yazıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu