5 C
Baku
2 Fevral 2023, 5:56
Digər

Meymun çiçəyi xəstəliyinin semptomları izah edildi

meymun çiçəyi

ABŞ-da yaşayan 30 yaşlı Mett Ford son vaxtlar onlarla ölkədə minlərlə insanda aşkar edilən meymun çiçəyi ilə bağlı təcrübəsindən danışıb.

Bu gün tv editor.az -a istinadən xəbər verir ki , iyunun 17-də meymun çiçəyi xəstəliyinə tutulan Ford, yaşadıqlarını və xəstəliyin əlamətlərini izah edərək, xəstəlik prosesinin çox çətin keçdiyini bildirib.

Self jurnalına danışan Ford, “bu yaxınlarda öyrəndim ki, yaxın təmasda olduğum bir dostumda meymun çiçəyi var. Dərhal bədənimi skan etdim və qasıq nahiyəmdə bir neçə qabarcıq gördüm. Bu sızanaq və ya batıq tüklərə bənzəyirdi, lakin onlar sızanaqdan çox böyük idi. Ertəsi gün qripə bənzər əlamətlər ortaya çıxdı”,-deyə bildirib.

Gənc oğlan yüksək hərarət, öskürək və soyuqdəymə hissinin artdığını da dilə gətirib. Sonrakı günlərdə gecələr həddindən artıq tərlədiyini və bütün bədənində bu sızanaq kimi qabarcıqların görünməyə başladığını dilə gətirib. Ford bildirib ki, bu qabarcıqlar onun üzündə də yaranıb.

 

Sonrakı günlərdə simptomların daha da pisləşdiyini və bu qabarcıqların ağrımağa başladığını ifadə edən Ford, “o qədər ağrı var idi ki, yata bilmirdim. Mən əvvəllər belə bir şey yaşamamışam. Məndən nümunə götürdülər və analizim müsbət çıxdı”.,-deyə bildirib.

 

Xəstələndikdən və bütün qabarcıqların getməsindən düz 13 gün sonra sağlamlığına qovuşduğunu dilə gətirən Ford, “cəstəlik boyu bədənimin müxtəlif yerlərində 25-dən çox qabarcıq və yara meydana gəldi”,- deyə qeyd edib.

 

Oxşar xəbərlər

Məcburi köçkünlərin mənzilləri satışa çıxarıldı

Şükufə Ramizqızı

Finlandiyanın NATO-ya qəbulu kabus olacaq

Sabina Uğur

Şəhid Təbriz Bəkirovun 30 illik yubileyi kecirilib-VİDEO

Bugün TV

Şərh yazın