Baş xəbərSosial

Ölkədə fəaliyyət göstərən bəzi restoran və kafelər bağlana bilər

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərini işlədən şəxslərə bir daha çağırış edib.

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bugün TV xəbər verir ki, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Binəqədi və Xətai rayonları ərazisində fəaliyyət göstərən “Çıraq Palas”, “Afrodita”, “Nağıl Bağı”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Qubadlı”, “Yaxta” və “İbiza” ictimai- iaşə obyektlərindən havaya normadan artıq tullantı atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub.

Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən həmin restoran və şadlıq saraylarını işlədən şəxslər barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərini işlədən şəxslərə bir daha çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər.

Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nəzarət tədbirləri davam etdirilir.

 

 

 

 

 

Aynur Camal

Oxşar xəbərlər

ATMU-da Rauf Denktaş Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

Aynur Camal

Məhəmməd Əsədullazadə: Dublindəki görüş Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin qurulmasına zəmin yarada bilər

Aynur Camal

Bakıda Hindistan kinosunun məşhur filmi nümayiş etdiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu