18 C
Baku
30 Sentyabr 2023, 3:49
Baş xəbərDünya

Özbəkistan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

Özbəkistan Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu qəti şəkildə pisləyib.

Bu barədə Özbəkistan XİN bəyanat yayıb.

Məlumatda deyilir ki, “Diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan istənilən hərəkəti qətiyyən yolverilməz hesab edirik. Biz bu insidentin hərtərəfli araşdırılmasına və hücumda əli olanların hamısının məsuliyyətə cəlb edilməsinə çağırırıq. Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”.

Dövlət Komitəsi

Şərh yazın

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu