21 C
Baku
8 Oktyabr 2024, 3:41
Kriminal

Şəkidə işçi işlədiyi şirkətdən 111 min pul oğurluyub

manat pul

“A+CO” ASC-nin əməkdaşı tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin mənimsənilməsi barədə Şəki Rayon Prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Bugun tv xəbər verir ki , Şəki Rayon Prokurorluğunda aparılan araşdırmalarla ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə satış bölməsinin satış təmsilçisi vəzifəsində işləyən Rza İbrahimovun 01.02.2021-ci il tarixindən 03.06.2022-ci il tarixədək tam maddi məsul şəxs kimi ASC-nin ona etibar edilən ümumilikdə 110 min 851 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

oxu.az

Könül Kərimova

Oxşar xəbərlər

654 kq kristal və maye metamfetamin aşkarlandı

Teymur Əziz

Naməlum kişi meyiti aşkar edildi

Kəmalə Sultan

Tanınmış jurnalist axtarışa verildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu