Bugun.tv xəbər verir ki, yuxu üzrə mütəxəssis, tibb elmləri namizədi Mixail Poluektov keyfiyyətli yuxu üçün axşam yeməyinin yüngül və həddindən artıq ağır olmamasının vacib olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, ideal axşam yeməyi həzm sistemini yormamalı, eyni zamanda orqanizmi aclıq hissi ilə yatmağa məcbur etməməlidir. Bəzi elmi araşdırmalar göstərir ki, yatmazdan əvvəl az miqdarda şirin və asan həzm olunan qidaların qəbulu yuxuya getmə prosesini sürətləndirə bilər.
Bununla yanaşı, yağlı və ağır yeməklərin gec həzm olunduğu, mədədə ağırlıq yaratdığı və qastroezofageal reflüks riskini artırdığı qeyd edilir. Bu isə yuxunun keyfiyyətini aşağı sala və gecə boyu narahatlığa səbəb ola bilər.
Somnoloq vurğulayır ki, axşam saatlarında balanslı və yüngül qidalanma daha rahat yuxuya getməyə və gecə istirahətinin keyfiyyətini artırmağa kömək edir.
Mənbə: mail.ru
