11 C
Baku
5 Dekabr 2023, 22:11
Baş xəbərMədəniyyət

“Toy Tələsi” filminin çəkilişlərinə start verildi!

“Bugun tv” xəbər verir ki, kinokomediya janrında olan “Toy Tələsi” bədii filmi müasir dünyamızda baş verən real hadisələr əsasında qələmə alınıb. Rejissor Faiq Nagıyevin sözlərin görə, bu ekran əsərində, əsasən, kinorejissorların hansı əziyyətlə film istehsal etdikləri, eləcə də, imkanlı iş adamlarının kino sahəsinə laqeyid yanaşması öz əksini tapıb.

Filmin əsas süjet xəttinin qəhrəmanı olan Fateh imkanlı iş adamıdır. Onun qəbuluna gələn rejissora laqeyid yanaşan bu şəxs özü də bilmədən ailəsindən gizlin eşq yaşadığı Dənizin oyununa gəlir.

  Filmdə bir günlük saxta bəy rolunu oynamaq üçün aktyor axtarışına da çıxılır. Həyəcanlı və maraqlı məqamların yer aldığı ssenaridə saxta elçilik və toy səhnələri də var. Cünki Dəniz gəlinlik donunda ata evindən gəlin köçməlidir. Ssenaridə gülüş doğuran, insanları həm düşündürən, həm də pis əməllərdən daşındıran məqamlar da yer alıb.

  Qeyd edək ki, tammetrajli, “TOY TƏLƏSİ” bədii filmi 90 dəqiqə nəzərdə tutulub. Kinokomediya janrında olan filmdə baş verən vəziyyətlər komediya yaradır. Eləcə də, bu film cəmiyyətə tərbiyəvi mesajlar da ötürür.

 

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu