16 C
Baku
28 Mart 2024, 13:06
Baş xəbərMədəniyyət

Yaşar Nuri -57

3 sentyabr dahi sənətkar, xalq artisti Yaşar Nuriyevin doğum günüdür…Allah rəhmət etsin…

Yaşar Nuri -57.

Bu dünyada biz aktyorlardan savayı hamıya heykəl qoyurlar. Hətta əli qabarlı fəhləyə də. Ağlıma bir fikir gəldi. Səhər gedib heykəl kimi dayandım Azneft meydanında. Əvvəlcə fikir verən olmadı. Bir neçə dəqiqədən sonra şəhərə xəbər yayıldı ki, Yaşar Nuriyə Azneft meydanında heykəl qoyulub. Hamı axışıb gəldi. Sevincindən ağlayan kim, paxıllıqdan dodaqlarını çeynəyən kim. Sənət dostlarım üzümə deyə bilmədiklərini heykəlimə deyib getdilər. Hava qaraldı. Əl-ayaq çəkildi. Acından ölürdüm, ayaq üstə dayana bilmirdim, qıçlarım sınırdı. Elə istəyirdim ki, aradan çıxım, qadın, bir əlində maçalka, şampun, o biri əlində bir vedrə su, gəldi məni yuyundurmağa. Səsimi çıxartmadım. Mən axı heykələm. Başladı ayaqqabılarımdan… Elə ki, çatdı incə yerimə məni qıdıq tutdu, başladım gülməyə. Qorxudan heykəlyuyunduran qadın tirtab uzandı yerə. Vəziyyətin ağır olduğunu görüb, tez aradan çıxdım. Asta qaçan namərddir deyib, tüpürdüm dabanıma. Bir də gördüm polis dalımca fitləyir. İndi mən qaçıram ,polis də dalımca qaçır.Tez özümü çatdırdım Musiqili Komediya Teatrına. Qapını döydüm. Səs gəldi:

-Kimsən?

Dedim:

-Yaşar Nuriyəm. Aç qapını!

Dedi:

-Yalan danışma, Yaşar Nuri Azneft meydanında heykəlləşib, özüm görmüşəm.

Gördüm polis məni haqlayacaq özümü verdim köhnə univermağa.Televizorda ,”Xəbərlər” proqramı gedirdi. Aparıcı xəbər verdi ki,Yaşar Nurinin heykəlini Azneft meydanından oğurlayıblar. Heykəli tapanı 100 min manat mükafat gözləyir. Satıcılardan biri məni tanıdı, tez piştaxtanın dalından atlanıb, cəld əl-qolumu bağlayıb, apardı polisə. 100 min manatını alıb, getdi. Polis gözünə döndüyüm, məni yenidən aparıb qoydu Azneft meydanına. Özü də dayandı yanımda ki,əl vuran olmasın. 3 gün, 3 gecədir ki,dayanmışam Azneftdə, acından ölurəm, ayaqlarımın altında gül dəstələri qalaq-qalaq. Ürəyimdə deyirəm :

-Nə olardı, kimsə gül əvəzinə bir dənə dönər gətirərdi. Elə bunu demişdim ki, bir eynəkli qız uşağı əlində dönər gəlib dayandı düz mənim qabağımda.

-“Kazım ,bay-bay istəmirsən?.”

Uşağın əlindən dönəri alıb bir dişdəm vurdum. Dedim:

-İstəyirəm.

Uşağın gözləri bərələ qaldı.”Ay mama”-deyib qaçdı mamasının yanına.

 Maşınlar Azneftdə dövrə vurur, sürücülər üzlərində təbəssüm mənə baxırdılar. Birdən gözüm mənim dostum kinorejissor Vaqif Mustafayeva sataşdı. O, maşının pəncərəsindən başını çıxarıb dedi:

-Eee…sən də heykəlləşməyə vaxt tapdın. Yerin məlum, sponsor tapmışam, çəkilişə başlayıram.

Çəkiliş eşidən kimi götürüldüm Vaqifin maşınının dalınca. Zəng çalındı ,gözlərimi açdım. Qapıya tərəf getdim. Poçtalyon məktub gətirmişdi. Məktub yazıçı-dramaturq Əhməd Orucoğludan idi. “Yaşar,səni ad günün münasibətilə təbrik edirəm. Ad günunə hədiyyə olaraq sənə 2 böyrək,1 ürək tapmışam. Nə qədər axtardım sənin başından tapmadım. Başından muğayat ol. İmza:dostun Əhməd Orucoğlu”.

Əhməd Orucoğlu

 

Aynur Camal

Oxşar xəbərlər

Sabahdan I siniflərinə şagird qəbuluna start veriləcək

Aynur Camal

Molla rejimi tarixi binaları sökür

Aynur Camal

İtaliyada Marmolada buzlaqının çökməsi nəticəsində 6 nəfər ölüb( VIDEO)

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu