Baş xəbərMədəniyyət

“Türkdilli dövlətlərinin əlaqələrinin inkişafına çalışırıq”

“Bu görüş iki ölkə arasında sıx dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının göstəricisi olmaqla yanaşı türkdilli dövlətlərin əlaqələrinin yeni səviyyəyə qaldırılmasına xidmət edir”.

Bugüntv-nin türkdilli dövlətlər üzrə xüsusi müxbiri Mehriban Bəylərqızı xəbər verir ki, bu fikirləri, “Dədə Qorqud” Milli fondunun rəhbəri, Azərbaycan Dünyası Beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov Türkmənistan Respublikasında keçirilən toplantıda səsləndirib. O, türk xalqlarının yenilməz və cəsarətli olduğunu qürur və iftixar hissi ilə vurğulayıb.

Eldar İsmayılov Türkmənistanın ağsaqqalı və lideri cənab Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədovu Azərbaycanın ictimaiyyəti və dünya azərbaycanlılarının adından “Dünyaya Sülh naminə” mükafatı və “Ulu Türk” ordeni ilə təltif edilməsi ona dəlalət edir ki, tarix boyu Türk xalqları öz hünəri və millətçiliyi ilə Dünya miqyasında öz sözünü demiş xalqlardır.

“Dədə Qorqud” fondunun bu missiyası, türk dünyası üçün mükəmməl və əvəzsizdir. Qeyd edək ki, Eldar İsmayılovun davam edən bu təqdirəlayiq təşəbbüsü bir daha təsdiq edir ki, “Türkün türkdən başqa qardaş yoxdur”.

Biz də öz növbəmizdə Azərbaycan xalqının dəyərli ziyalısı E.İsmayılova təşəkkürümüzü bildirir, fəaliyyətində uğurlar arzulayırıq!

Aynur Camal

Oxşar xəbərlər

Milli inkişaf strategiyasının hazırlanması adlı tədbir həyata keçirildi

Aynur Camal

Qanunsuz küçə ticarəti ilə bağlı 20 fakt aşkarlanıb

Aynur Camal

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu