2 C
Baku
8 Fevral 2023, 17:05
Baş xəbərDigər

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Derya Yanık Bakıda rəsmi səfərdədir

Bugün.tv xəbər verir ki, səhər saatlarında Fəxri xiyabana gələn Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə ehtiram ifadə olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi ziyarət edilərək, abidənin önünə əklil qoyulub.

Dərya Yanık “Türk Şəhidliyi”nin abidəsinin xatirə kitabına ürək sözlərini yazıb. O qeyd edib ki, Azərbaycanda şəhid olan əsgərlərimiz Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq əlaqələrinin heç vaxt sarsılmayacağının sübutudur: “Bu gün Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya örnəkdir. Türkiyə həmişə qardaş Azərbaycanın yanında olacaq və hər mövzuda tərəddüdsüz dəstəyini göstərməyə davam edəcək”, – deyə o bildirib.

 

 

 

Oxşar xəbərlər

Media Tədris Mərkəzi məzunlarına sertifikat verdi

Aynur Camal

“E-qanun” mobil tətbiq versiyasının təqdimatı keçirilib

Aynur Camal

Türkiyənin 41 şirkəti Bakıda sualtı qayıq, mini-PUA sistemləri sərgiləyəcək

Aynur Camal

Şərh yazın