Baş xəbərSiyasət

Ursula fon der Leyen Bakıya gəlir

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycan hakimiyyəti ilə yerli qazın Avropaya nəqlini müzakirə etmək üçün  Bakıya səfər edəcəklər. Danışıqlar nəticəsində Aİ-nin Rusiya enerjisindən asılılığını azaltmaq və gələn qışda gözlənilən qaz qıtlığını azaltmaq məqsədi daşıyan razılaşmanın əldə olunacağı gözlənilir.

İndi Xəzər dənizinin şelfində hasil edilən yanacaq Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə verilir. Avropa Komissiyasının mətbuat xidməti qeyd edir ki, tərəflər Avropa ölkələrinə təbii qaz tədarükünün şaxələndirilməsində onun rolunun artırılması məqsədilə Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər.

2021-ci ildə Rusiyadan Aİ-yə 155 milyard kubmetr qaz vurulub ki, bu da onun ümumi istehlakının 40%-ni təşkil edir. Brüssel 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə hər il ən azı 20 milyard kubmetr yanacaq qəbul edə biləcəyini gözləyir və Azərbaycanı etibarlı tərəfdaş adlandırır.

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu