SəhiyyəSosial

Səhiyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Səhiyyə Nazirliyinin səlahiyyətlərində dəyişiklik edilib

Bugün.tv  AZƏRTAC-a istinadən xəbər verir ki, bu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanına dəyişiklik etməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini aparmaq və “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışı təmin etmək səlahiyyəti ləğv edilib.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

İsrail Prezidentinin iqamətgahı qarşısında Azərbaycan mahnıları səsləndirildi

Aynur Camal

Məhluqə Rəhimova: Məktəb dini mübahisələrin deyil, elmin və milli gələcəyin məkanıdır

Aynur Camal

Payız mövsümünə özəl: Kosmetoloji prosedurlara 20 faiz endirim elan edildi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu