Qarabağla bağlı danışıqlar 30 ildir ki, gedir. Lakin vasitəçilər heç nəyə nail ola bilmədilər”. Bugün.tv bildirir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankarada keçirilən 13-cü Səfirlər Konfransında deyib.
“Nəhayət, azərbaycanlı qardaşlarımız əməliyyata başladılar və 44 gündə torpaqlarını azad etdilər. Bu həm də Cənubi Qafqazda sülhün bərqərar olması baxımından Ermənistan üçün bir fürsətdir”, – deyə nazir əlavə edib.
