Baş xəbərSiyasət

Azərbaycan tankçıları hazırlıqlarını davam etdirirlər

Bugün.tv Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Alabino hərbi poliqonunda 2022-ci il Beynəlxalq Ordu Oyunları çərçivəsində keçiriləcək Tank Biatlonu yarışlarında iştirak edəcək Azərbaycan tankçıları təlimlərini davam etdirirlər. .

Azərbaycan hərbçiləri beynəlxalq yarışda istifadə olunacaq tankların texniki vəziyyətinə baxış keçirib, döyüş maşınlarının standart silahlanmasından sıfırlama işləri həyata keçirib.

General-mayor İlqar Lətifov Azərbaycan tankçıları ilə görüşüb və Müdafiə Nazirliyinin rəhbərliyi adından      onlara yarışda ölkəmizi təmsil etməkdə uğurlar arzulayıb.

Qeyd edək ki, Tank biatlonu yarışında Monqolustan komandası ilə mübarizə aparacaq Azərbaycan tankçılarının ilk yarışı avqustun 13-də başlayacaq.

Bugün TV

Oxşar xəbərlər

Razi Nurullayev: Sülhün möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında etimad artırılmalıdır

Aynur Camal

Rusiya və Ukrayna danışıqlar masasına oturur

Aynur Camal

İran Hörmüz boğazında yeni gəmiçilik marşrutu elan etməyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu