25 C
Baku
27 İyul 2024, 7:24
Müsahibə

Arzu Nağıyev siyasi proseslərə şərh verib

“NATO- Rusiya gərginliyində Ukrayna bir müstəvi, bir platforma seçilib”.

Bunu Bugün.tv –yə açıqlamasında deputat Arzu Nağıyev deyib. O, dünyada baş verən ən son siyasi proseslərin gedişatını şərh edib. Rusiya -Ukrayna münasibətlərindən danışan deputat bildirib ki, Ukraynanın NATO-ya üzv olması o deməkdir ki, NATO əsgərləri gəlib Rusiyanın sərhəddində dayanacaq. “Rusiya isə buna imkan verməz. Rusiya elə başa düşürdü ki, Ukraynanı faşizmin təbliğatçısı kimi qələmə verməklə qalib gələcək lakin bu fənd alınmadı. Qərb bu müharibəni başlamaqla NATO üzvlərinin sayını artırmaq istəyirdi. İsveç və Finlandiya misalinda deyə bilərik ki, o istəyinə nail olur”.

Son günlərin önəmli hadisələrindən biri də Madrid sammiti oldu. Deputat hesab edir ki, bu prosesdə Türkiyə özünü ciddi oyunçu kimi apardı. “Birinci məsələ odur ki, Türkiyə Rusiyaya göstərdi ki, NATO-ya üzv olsam da, sənin əleyhinə getmirəm. İkinci isə dünyaya göstərdi ki, bəli, mən NATO-nun üzvüyəm mənlə razılaşmaq lazımdır. Türkiyə NATO-nun ən döyüşkən ordularından biridir. Digər tərəfdən bu dövlətlər də istəməzlər ki, tarixdə terroru dəstəkləyən dövlətlər kimi qalsınlar”.

Millət vəkili A.Nağıyevin sözlərinə görə, İsveç və Finlandiyanın Natoya üzv olması Türkiyədən çox Rusiyanı maraqlandırır. “Çünki Rusiya görür ki, onun ətrafında çəmbər daralır. Rusiyaya qarşı “anakonda planı” artıq işə düşüb”. Sitatın sonu.

Türkiyənin hələ də Avropa İttifaqına üzv ola bilməməsinə gəldikdə isə deputat bunun səbəbini Qərbin tətbiq etdiyi ikili standartlarda görür.

İran-Azərbaycan münasibətlərinə toxunan Arzu Nağıyev hesab edir ki, İranda müəyyən kütlənin yaratmaq istədiyi hərc-mərcliyi dövlət siyasəti adlandırmaq olmaz. “Biz qonşuyuq. Hər bir dövlətin bir xarici siyasəti və hər xarici siyasətin də öz prioritetləri var. Əsas odur ki biz qalib dövlətik və İranla aramızdakı 143 km bərpa etmişik”.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyevin antibiotik haqqında məsləhəti

Aynur Camal

Elçin Mirzəbəyli: “Ərdoğanın ölkəmizə səfərləri hər zaman dünyanın diqqət mərkəzində olub”

Nigar Məmmədova

“Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq mənim bu ölkəyə olan sevgimdən irəli gəlir” – MÜSAHİBƏ  

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu