22 C
Baku
Sentyabr 26, 2022
Sosial

Azərbaycanda qadınlar döyülüb evdən qovuldular-(FOTO)

qadına şiddət

Azərbaycanda iki qadın döyülərək evdən qovulub. 

Bugun.tv AzXeber -a istinadən xəbər verir ki , bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, iyulun 3-də 2 qadın fiziki zorakılığa məruz qalıb:

“Qadının birini içki düşkünü olan atası və qardaşı 7 yaşlı övladının gözü qarşısında döyüb və onu 37-ci Polis Bölməsinin əməkdaşları Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək”.
Onun sözlərinə görə, digər qadını əri evdən qovub:
“Digər qadın da gecə saatlarında ərinin fiziki zorakılığına məruz qalaraq, evdən qovulub. Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var. Ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag rayon İcra Hakimiyyətinə yönləndirmişəm. Hər iki qadına dəstək olmağı aidiyyatı qurumlardan – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Bakı şəhər Baş Polis İdarəsinin rəhbərləri və əməkdaşlarından rica edirəm”.

Oxşar xəbərlər

Azərbaycanda tullantıların miqdarı üç milyon tonu ÖTDÜ

Teymur Əziz

Yataqxananın uçmaq təhlükəsi var!

Aytac Kərimova

Media Tədris Mərkəzinin direktoru Elnarə Dərziyeva iş adamları ilə görüşdə uğur hekayəsindən danışıb

Bugün TV