Baş xəbərSosial

Bakıda oğlan qaynatasının evini atəşə tutdu

Bakıda kürəkən qayınatasının evini atəşə tutub.

BuGün TV xəbər verir ki , Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinin divarına ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb.
Araşdırma aparılır.
Könül Kərimova

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu