8 C
Baku
15 Fevral 2025, 16:55
Baş xəbərDünya

Böyük Britaniya yeni hökumətini elan edib

Böyük Britaniyanın keçmiş əmək və pensiya naziri Teriz Koffi səhiyyə naziri və Baş nazirin müavini təyin edilib.

Bugün.tv TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasının yaydığı məlumatda deyilir.

“Parlamentin hörmətli üzvü Dr Terese Koffi Səhiyyə və Sosial Məsələlər Naziri təyin edilib. O, eyni zamanda Baş nazirin müavini vəzifəsini də icra edəcək”, – xəbərdə deyilir.

O, bu vəzifədə Stiv Barklini əvəz edəcək.

Eyni zamanda Böyük Britaniyanın keçmiş biznes naziri Kvazi Kvartenq Maliyyə Nazirliyinin rəhbəri təyin olunub.

Bununla yanaşı, xarici işlər nazirinin keçmiş müavini Ceyms Kleverli Forin Ofisinin rəhbəri təyin edilib.

Aynur Camal

Oxşar xəbərlər

İsrail əsgərləri tibb məntəqəsinə basqın etdi

Aynur Camal

Türkiyədə yenidən 3,9 bal gücündə zəlzələ baş verib

Aynur Camal

Sosioloji Tədqiqatlar Mərkəzi 125 seçki məntəqəsində “exit-poll” keçirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu