22 C
Baku
Sentyabr 26, 2022
Dünya

Gürcüstanda “Javelin”lər ilə təlim keçirildi

Gürcüstanda ABŞ istehsalı “Javelin” tankəleyhinə idarəolunan raket kompleksi ilə istifadə etməklə keçirilən təlimlər başa çatıb.

BuGün TV xəbər verir ki , bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Tbilisi yaxınlığında Vaziani hərbi bazasının poliqonunda baş tutan təlimdə Gürcüstan və Böyük Britaniya hərbçiləri iştirak ediblər.
Təlimlərin ssenarisinə əsasən, qruplar öncədən müəyyən edilmiş rayonda şərti düşmənin zirehli texnikasını aşkarlayıblar və onu “Javelin” raket qurğuları sisteminin köməyi ilə məhv ediblər.
Təlimlər üç həftə ərzində iki mərhələdə keçirilib. İlk mərhələ silahın taktiki-texniki göstəriciləri ilə tanışlıq və effektiv istifadə üsullarının öyərnilməsi, ikinci mərhələ isə gündüz və gecə vaxtlarında döyüş atışlarından ibarət olub.
Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərin məqsədi təcrübə mübadiləsi və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Oxşar xəbərlər

Bu gün Türkiyədə Mətbuat günü qeyd olunur

Aynur Əfəndi Zadə

İspaniyada festivalda səhnə uçub, 1 nəfər ölüb, 40 nəfər yaralanıb

Aynur Camal

“Ukraynaya tank göndərilməsi NATO ilə Rusiya arasında müharibəyə gətirib çıxara bilər “

Aynur Camal