Baş xəbərSiyasət

İƏT qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin intensiv atəşə tutulmasını pisləyir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi avqustun 3-də qanunsuz erməni silahlı birləşmələri tərəfindən Laçın rayonu ərazisində yerləşən Azərbaycan ordusunun mövqelərinin Azərbaycan əsgəri Anar Kazımovun ölümü ilə nəticələnən intensiv atəşə tutulmasını pisləyən bəyanat yayıb. . 

Baş Katiblik Ermənistan Respublikasını Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırır.

Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməyə istinad edərək, Azərbaycan və Ermənistan arasında münasibətlərin daha da normallaşdırılmasına,  bir -birinin suverenliyinə, ərazi bütövlüyünə , beynəlxalq səviyyədə tanınmış sərhədlərinqorunmasına hörmət etməyə çağırır.

İƏT Baş Katibliyi azərbaycanlı şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Bugün.tv

Şərh yazın