24 C
Baku
Sentyabr 26, 2022
Sosial

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı özünü əcnəbi turist kimi qələmə verib. İtkin düşənlər LGTB-nin üzvləridir? – VİDEO

Bugün tv ötən gün Qaxda itkin düşən və polis tərəfindən tapılan əcnəbi turistlərlə  bağlı maraqlı faktlar üzə çıxarıb. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, özünü İtalyalı turist kimi təqdim edən Laura Sesenna əslində Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəridir. O, 2020-ci ilin iyun ayından bu vəzifədə çalışır və Azərbaycanda yaşayır. Faktı Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova da təsdiq edib. Onun sözlərinə görə Laura Sesenna onların əməkdaşıdır, ancaq hadisə tətil zamanı baş verdiyindən faktın BQXK-nın Bakı nümayəndəliyi ilə heç bir əlaqəsi yoxdu.

Qeyd edək ki, BQXK-nin əməkdaşı Laura Sesennanın rəfqiəsi kimi qələmə verdiyi Peru vətəndaşı Pella Patricia da onunla eyn vaxtda itkin düşüb. Daxil olan məlumatda o da bildirlir ki, P. Patricia əslində Laura Sesennann rəfiqəsi deyil, təşkilatda rəsmi qeydiyyatdan keçirtdiyi cinsi partnyorudur. İki ildən artıqdır ki, Bakıda bir evdə yaşayanlar cütklüklər LGTB-nin üzvləridir.

Laura Sesennanın və partnyorunun özünü hansı səbəbdən İtalyadan gələn əcnəbi turist kimi təqdim etməsi isə sual doğurur.

Yəqin onlar unudurlar ki, Azərbayan polisi üçün itkin düşən insanın çalışdığı təşkilat, onun irqi və hansı cinsdən olması əsas deyil. Əsas olan insan faktorudur və hüquq-mühafizə orqanı əməkdaşları da üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəliblər.

Xatırladaq ki, yuxarıda adları qeyd olunan şəxslər – Peru vətəndaşı Pella Patricia və İtaliya vətəndaşı Laura Sesenna dünən səhər saatlarında Qaxda qaldıqları oteldən gəzmək adı ilə çıxıblar və daha sonra onların meşədə itkin düşmələri barədə Daxili İşlər Nazirliyinin regional şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşənlər tapılıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşı Laura Sesenna və partnyoru Pella Patricia Qaxbaş kəndi ərazisindəki meşə massivində sağ-salamat şəkildə tapılaraq qaldıqları otelə yerləşdiriliblər.

Oxşar xəbərlər

İsmayıllıda qadın ərini döydü

Könül Kərimova

Azərbaycanda birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb

Sabina Uğur

Beş kilo narkotiklə tutulan şəxsə bəraət verildi

Könül Kərimova