Baş xəbərKriminal

Kinorejissora qarşı dələduzluq törədildi – video

Bugün.tv-yə Faiq Sahib oğlu Nağıyev tərəfindən şikayət daxil olub.

Bildirilir ki, Raqif Nəriman oğlu Muradov adlı şəxs ona zəng vuraraq maşınını satışa qoyduğunu bildirib.

“Razılaşdım, görüşdük. Həmin maşını almaq qərarına gəldim. Lakin təklif olunan qiymət məni qane etmədi, lizinq şirkətinə apardıq. Lizinqdə maşına 18000 qiymət qoydular. Və buna qarşılıq mən gərək maşını alsam 30.000 məbləğ ödəməli idim.

Bu məbləğə gücüm çatmadığından razılığa gələ bilmədik. Çünki, həm də maşının təmirə ehtiyacı da var idi”.

Sonra Raqif Muradov maşını daxili kreditlə Faiq Nağıyevə satmaq təklifi edir, bildirir ki, ayda 1000 manat ödəyər.

“Mən də razılaşıb bildirdim ki, onda müqavilə bağlayaq. Yanvarın 6-sı vəkil bürosunda hüquqşunas ikimizidə dinləyib, müqaviləni hazırlayıb. İkimizdə oxuyub imza atmışıq. Şəxsiyyət vəsiqəmizin də sürətini tikmişik müqaviləyə”.

Müqavilə 2 şəxs arasında bağlanır. Göstərilir ki, Raqif Nəriman oğlu Muradova aid olan 99-RB-543 nömrəli maşını o 26 000-ə Faiq Sahib oğlu Nağıyevə satır.

Bunun üzərindən 20 gün keçir. Satan şəxs ona zəng edib deyir ki, maşına görə qardaşıma 4000 ödə. Çünki, etibarnaməyə əsasən avtomobil qardaşı Muradov Facəddin Nəriman oğluna məxsusdur.

“Mən də dedim ki, bizdə müqavilədə sənin qardaşının yox, sənin adın var, mən maşını səndən almışam. Və müqavilədə olduğu kimi, Raqif Muradova may ayına qədər, hər ayın 20-si 1000 azn pul ödədim. May ayında isə bəzi problemimə görə ödənişi gec ödədim.

Müqavilədə deyildiyi kimi “üçüncü şəxsi daxil edə bilməz”, amma bunu bilə-bilə Raqif qardaşının adına olan maşını alqı satqı edib. Qardaşı özü etibarnamə verib. Və Raqifin qardaşı Facəddin may ayının 28 də maşına həbs qoydurub. Üstəlik Raqif bilə bilə maşının həbsi var məndən əlavə 600 manat da tələb edib, alıb.

İyun ayında Kürdəmir yol polisi tərəfindən maşınımı saxlandı. Və bildirildi ki, maşınıma həbs qoyulub. Bundan xəbər tutan kimi, Raqifə zəng etdim, soruşdum ki, bu nə məsələdir. Ona həmçinin xatırlatdım ki, maşının təmirinə əlavə 12 000 pul xərcləmişəm, bizim müqaviləmiz var. O da dedi ki, müqaviləni ləğv etdirmişik”.

Mən də məcbur olub, Daxili İşlər Nazirliyinə, 102-yə, və digər müvafiq qurumlara yazılı və şifahi şikayət etdim. Ancaq hələ də şikayətlərimə baxılmayıb.

Birdə onuda xatırlatmaq istəyirəm ki, avtomobilin real bazar qiyməti 18000 olduğu halda 8000 manat əlavə olaraq üzərinə kredit faizi yüklənib, 26000 manat qiymət edib. Bu hal isə, özündən əlavə faiz qoyması bir cinayətdir. Həmdə vergidən yayınma deməkdir”.

İndi Faiq Nağıyev ona qarşı dələduzluq əməlinin olduğunu və həmin şəxslərin cəzalandırılmasını tələb edir. Ona dəyən maddi və mənəvi ziyan ödənilsməsini istəyir. Əks halda daha yuxarı instansiyalara müraciət edəcəyini deyir.

Bugün.tv olaraq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-nin mətbuat xidmətinin Polis mayoru Anar Qafarov açıqlamasında bildirdi ki, iş üzrə zərərçəkən Faiq Nağıyevin şikayəti Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində qeydiyyata alınıb. Həmin şəxs Polis Şöbəsinə dəvət edilib, şikayəti dinlənilib və 17-ci Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İş üzrə toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. İstintaqın gedişi zamanı hadisəyə hüquqi qiymət veriləcək.

Aynur Camal

Oxşar xəbərlər

Şəhid Orxan Əsgərov 2-ci Şəhidlər xiyabanında dəfn edildi-FOTOLAR+VİDEO

Nigar Məmmədova

14 yaşlı oğlanı avtomobil vuraraq dünyasını dəyişdi

İntizar Əmirova

“İnstagram”dan növbəti yenilik gəlir!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu