Baş xəbərSiyasət

Lvovda Türkiyə və Ukraynanın müdafiə nazirliklərinin rəhbərləri arasında danışıqlar olub

Türkiyənin müdafiə naziri Hulusi Akar  Lvovda ukraynalı həmkarı Aleksey Reznikov ilə danışıqlar aparıb.

Türkiyə və Ukraynanın müdafiə nazirliklərinin rəhbərləri arasında danışıqlar iki ölkə prezidentlərinin ikitərəfli görüşü çərçivəsində baş tutub.

Akar və Reznikov ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Türkiyə prezidenti Ərdoğan Potoçki sarayında Zelenski ilə ikitərəfli görüş keçirmək üçün Lvovda bir günlük səfərdədir və liderlər Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektlərini strateji tərəfdaşlıq səviyyəsində müzakirə edəcəklər.

Ərdoğan və Zelenski arasında ikitərəfli danışıqlardan sonra BMT-nin baş katibi Antonio Quterreşlə üçtərəfli sammit keçiriləcək.

Bugün.tv

 

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov TRIPP layihəsinin tikintisinin niyə yubandığını açıqladı

Aynur Camal

Siyasi ekspert: ABŞ-ın Zelenskiyə təzyiqləri Ukraynanın gələcəyinə təsir edə bilər

Aynur Camal

Məhəmməd Əsədullazadə: Azərbaycanın artan geosiyasi mövqeyi ona qarşı təzyiqləri artırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu