Şəhidlərimizin adına olan gəmilər dünya sularında üzəcək.
Bugün TV-nin Türkiyə üzrə xüsusi müxbiri Mehriban Bəylərqızı xəbər verir ki, 44 günlük Vətən savaşında adı dastana dönən, tarix yazan şəhidilərimiz Xudayar Yusifzadə və Əli Nəcəfov indi də dənizləri fəth edəcək.
Palmali Holding in növbəti gəmiləri Vətən Müharibəsi şəhidlərinin adını daşıyacaq. Türkiyədə keçirilən tədbirdə qazilər, şəhidlərin ailə üzvləri, tanınmış simalar, ictimai xadimlər və ehtiyatda olan zabit, politoloq, “Zirvə” İslahatlara Dəstək ictimai Birliyinin sədri Elçin Axundzadə, media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu mərasimdən öncə Palmali şirkətinin prezidenti Mübariz Mənsimov şəhidin anası Radə Qurbanovaya zəng edərək, oğlunun adının gəmiyə verilməsi ilə bağlı razılıq və xeyir-dua istəyib.Təklifi kövrəkliklə qarşılayan ana təşəkkürünü bildirib.
Xudayar Yusifzadənin və Əli Nəcəfovun yaxınları sözügedən gəminin yola salınma mərasimində iştirak etmək üçün İstanbula dəvət olunublar. Azərbaycan və Türkiyə dövlətlərinin himni ilə başlayan tədbirdə iş adamı Mübariz Mənsimov çıxış edib, şəhidlərimizin ruhuna rəhmət, doğmalarına səbr diləyib. Həmin tədbirdən görüntüləri və çıxışları sizə təqdim edirik.