Baş xəbərMədəniyyət

“Sən də dəstək ol!” Yarmarkası davam edir- VİDEO

Bugün.tv.nin müxbiri Mehriban Bəylərqızının verdiyi məlumata görə Ankarada Azərbaycanlı iş adamı Arzuman Azaflının təşəbbüsü ilə “Kermesimize (yardım məqsədi ilə keçrilən satış kompaniyası) hepiniz davetlisiniz” adlı toplantı təşkil edilib.

Yarmarkada  Azərbaycandan gətirilən bir-birindən gözəl sovqatlar, ölkəmizin rəmzi olan suvenirlər, milli mətbəximiz qonaqlara təqdim olunub. Milli rəqslərimiz nümayiş etdirilib.

Qeyd edək ki, satışdan əldə olunan gəlir tələbələrimizin təqaüd fonduna köçürülməklə yanaşı sosial vəziyyəti aşağı olan ailələrə də yardım məqsədi daşıyır.

Həmçinin Bugün.tv yardım sərgisinə dəstək olduğu üçün əməkdaşımız Mehriban Bəylərqızına Azərbaycanlı iş adamı Arzuman Azaflı tərəfindən “Xarı bülbül” mükafatı təqdim olunub.

Yarmarka bir neçə gün davam edəcək. Hər kəs dəvətlidir.

Gəlin, birlikdə dəstək olaq!

Aynur Camal

Oxşar xəbərlər

QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir

Bugün TV

Rusiyada dron təhlükəsi: Azərbaycan-Rusiya reysləri də risk altında – xarici aviaşirkət uçuşları dayandırdı

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar üzrə regional mərkəzə çevrilə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu