“Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı veto hüququndan istifadə etmək üçün 20 il vaxtı olacaq.”Bugün.tv xəbər verir ki, bunu Türkiyənin alyansdakı keçmis nümayəndəsi , istefada olan general Naim Baburoğlu deyib.
“Birləşmiş Ştatlar Rusiyanı Baltik dənizinin şimalından mühasirəyə almağı planlaşdırır. Ona görə də ABŞ-ın istəyini və bu ölkələrin NATO-ya üzv olmağa təşviqini nəzərə alaraq, Türkiyə ilk növbədə bu məsələdə ABŞ-la dialoq aparmalıdır. Hətta 20 il çəksə belə, Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı veto hüququndan istifadə etməlidir” deyə Türkiyə KIV-ə müsahibəsində bildirib.
Finlandiya və İsveç mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər. Türkiyə bu ölkələrin alyansa üzv olmasına qarşı çıxıb. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyənin bu qərarı təsdiqləməsinin yeganə yolu həmrəyliyin açıq nümayişidir. Yaxın Şərq Forumunun prezidenti Daniel Pips daha sonra Türkiyəni alyansdan çıxarmağa çağırıb və həmçinin Ankaranın siyasətini “şantaj” adlandırıb.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri