17 C
Baku
19 Aprel 2024, 3:45
Baş xəbərSiyasət

Türkiyə, İsveç və Finlandiya memorandum imzaladı: NATO-ya üzvlük yolu iki ölkə üçün açıldı

Türkiyə, İsveç və Finlandiya arasında Finlandiya və İsveçin NATO-ya üzvlük proseslərinə dair üçtərəfli memorandum imzalanıb.

Memorandumu xarici işlər naziri Mövlud Çavuşoğlu, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Anne Linde imzalayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinisto və İsveçin Baş naziri Maqdalena Andersson NATO Sammitinin keçirildiyi Madriddəki İFEMA Sərgi Mərkəzində imzalanma mərasimində iştirak ediblər.

İmzalanma mərasimində memorandumla bağlı heç bir açıqlama verilməyib. Yaxın vaxtlarda memorandumla bağlı elanın veriləcəyi gözlənilir.

Xəbər agentlikləri Finlandiya və İsveçin PKK və onun törəmə qruplarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq barədə razılığa gəldiyini yazıb.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç Türkiyənin silahlı şübhəlilərin ekstradisiyası tələbləri üzərində işi gücləndirməyə razılaşıb.

Onun sözlərinə görə, iki Skandinaviya ölkəsi də Türkiyəyə silah satışı ilə bağlı məhdudiyyətləri aradan qaldıracaq.

Finlandiya prezidenti Niinisto deyib ki, üç ölkə “bir-birinin təhlükəsizliyinə təhdidlərə qarşı tam dəstəyini artırmaq üçün” birgə memorandumu imzalayıb.

İsveçin baş naziri Maqdalena Andersson bunun “NATO üçün çox vacib addım olduğunu” deyib. 

Bugün.tv

Bugün TV

Oxşar xəbərlər

Seldə itən körpənin cansız meyiti tapıldı

Bugün TV

36 qeyri-qanuni mühacir xilas edildi

Bugün TV

Əməkdar həkim 70 illik yubileyi münasibətilə“Fəxri diplomla” təltif edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu