Sosial

Vəzifəli şəxsə cinayət işi açıldı

Mingəçevir Rəsm Qalereyasının direktor müavini Fatma Ələkbərovanın işə düzəltmək adı altında vətəndaşın pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.

bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla Fatma Ələkbərovanın tanışının Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına köçürülmə qaydasında işə qəbul olunacağı barədə yalan vədlər verməklə ondan 7 min manat pul vəsaitini alaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
Könül Kərimova

Oxşar xəbərlər

Bakıda Qərbi azərbaycanlıların milli geyim irsinə həsr olunan sərgiyə start verilib

Aynur Camal

Sahibkar bələdiyyə sədrindən şikayət etdi

Aynur Camal

“Turan” hərbi yataqxanasının sakinləri yaşayış hüquqlarının bərpasını tələb edirlər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu