Fast food nəhəngi Ukrayna müharibəsinin yaratdığı “humanitar böhran” və “gözlənilməz əməliyyat mühiti” səbəbiylə bu qərarı verdiyini söyləyib. McDonald-ın baş icraçısı Chris Kempczinski bildirib ki : “Ancaq Ukraynadakı savaşın yol açdığı insani krizi görməzdən gəlmək mümkün deyil. “Qızıl Kəmərlərin” 32 il öncə Rusya bazarına girməsinə səbəb olan eyni ümid və vədi yenidən verəcəyini xəyal etmək artıq imkansızdır.” Ukraynadakı 108 restoran isə gedən döyüşlər səbəbiylə bağlı qalacaq amma şirkət orada bütün işçilərinə tam maaş ödəməyə davam edir.

McDonald’s bütün saytlarını yerli alıcıya satacağını və restoranların adının, markasının və menyusunun silinməsini nəzərdə tutan “de-arching” prosesinə başlayacağını və həmçinin Rusiyada ticarət nişanlarını saxlayacağını söylədi. Rusiyada bu kimi ticarət obyektlərində burgerləri kolaları rus milli kulinariyası əvəz edəcəyi gözlənilir.